12 Avqust – Beynəlxalq Gənclər Günü
Gənclik hər bir cəmiyyətin ən dinamik, enerjili və yeniliyə açıq qüvvəsidir. Tarixin bütün mərhələlərində gənc nəsil ölkələrin inkişafında, ictimai dəyişikliklərin həyata keçirilməsində, elm, təhsil və mədəniyyətin tərəqqisində, milli dəyərlərin qorunmasında və dövlətçilik ənənələrinin yaşadılmasında mühüm rol oynayıb. Bu gün isə gənclərin cəmiyyət qarşısındakı məsuliyyəti daha da artıb. Sürətlə dəyişən dünya, rəqəmsal texnologiyaların inkişafı, süni intellektin həyatın müxtəlif sahələrinə nüfuz etməsi, əmək bazarının transformasiyası, yeni peşələrin meydana çıxması və qlobal informasiya mühiti gənclərdən daha çevik, yaradıcı, savadlı və təşəbbüskar olmağı tələb edir.
Hər il avqustun 12-də qeyd olunan Beynəlxalq Gənclər Günü gənclərin cəmiyyətin inkişafındakı roluna diqqət yetirilməsi, onların potensialının üzə çıxarılması, qarşılaşdıqları problemlərin müzakirə edilməsi və gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əlamətdar gün həm də gənclərin yalnız gələcəyin deyil, bu günün də fəal qurucuları olduğunu xatırladır.
Müasir dövrdə gənclər siyasəti yalnız gənclərin problemlərinin həlli ilə məhdudlaşan sosial istiqamət deyil. Bu siyasət ölkənin insan kapitalının formalaşdırılması, yeni nəsil mütəxəssislərin hazırlanması, innovativ düşüncənin inkişaf etdirilməsi, gənclərin ictimai həyatda fəal iştirakının təmin olunması və dövlətin uzunmüddətli inkişafının əsaslarının möhkəmləndirilməsi ilə bilavasitə bağlı strateji sahədir.
Azərbaycan gəncləri – dövlət siyasətinin diqqət mərkəzində
Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif mərhələlərində gənclərin təhsilinə, peşə hazırlığına, intellektual və mənəvi inkişafına xüsusi diqqət yetirilib. Gənclərin keçmiş Sovet İttifaqının aparıcı ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil alması gələcəkdə milli kadr potensialının formalaşmasına mühüm zəmin yaradıb.
Müstəqillik illərində bu siyasət yeni məzmun və institusional əsaslar qazanıb. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər forumlarının keçirilməsi və 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsi gənclərin dövlət siyasətindəki rolunun daha da möhkəmləndirilməsinə xidmət edib.
Sonrakı dövrdə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun, müxtəlif dövlət proqramları və digər sənədlərin qəbul edilməsi gənclərin hərtərəfli inkişafı üçün hüquqi və institusional bazanı daha da gücləndirib.
Bu siyasətin əsas məqsədi yalnız gənclərin sosial problemlərinin həlli deyil, onların öz potensialını reallaşdırmasına, cəmiyyətin inkişafında fəal mövqe tutmasına və ölkənin gələcəyinin formalaşmasında məsuliyyətli tərəfdaş kimi çıxış etməsinə şərait yaratmaqdır.
Müasir gənclər siyasəti: ənənədən innovasiyaya
Zaman dəyişdikcə gənclərin qarşısında duran imkan və çağırışlar da dəyişir. Əvvəlki dövrlərdə gənclər siyasətində əsas diqqət təhsil, məşğulluq, sağlamlıq, sosial müdafiə və asudə vaxtın səmərəli təşkilinə yönəlirdisə, müasir mərhələdə bu istiqamətlər rəqəmsal bacarıq gənclər siyasətinin əsas amillərindən biri hesab olunur.lar, innovasiya, sahibkarlıq, startaplar, informasiya təhlükəsizliyi, media savadlılığı, yaşıl düşüncə, beynəlxalq əməkdaşlıq və liderlik kimi yeni sahələrlə tamamlanır.
Bu dəyişiklik əmək bazarının tələbləri ilə də bağlıdır. Bu gün gəncin uğuru yalnız ali təhsil diplomuna malik olmaqla müəyyən edilmir. Müasir iş həyatında rəqəmsal savadlılıq, xarici dil bilikləri, analitik və yaradıcı düşüncə, komanda ilə işləmək, düzgün kommunikasiya qurmaq, problemləri həll etmək və yeni şəraitə uyğunlaşmaq bacarığı böyük əhəmiyyət daşıyır.
2015–2025-ci illər üçün qəbul edilmiş Gənclərin İnkişaf Strategiyası da gənclərin intellektual, mənəvi və fiziki inkişafının dəstəklənməsi, fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması və onların cəmiyyət həyatında iştirakının genişləndirilməsi kimi mühüm istiqamətləri müəyyənləşdirib. Strategiyanın müddəti başa çatsa da, burada müəyyənləşdirilmiş insan kapitalının inkişafı, innovativ düşüncə, fəal vətəndaşlıq və gənclərin ictimai iştirakının artırılması kimi istiqamətlər müasir gənclər siyasəti baxımından aktuallığını qoruyur.
Rəqəmsal dövrün gənci və süni intellekt
XXI əsrin gənci texnologiyanın həyatın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə formalaşır. Smartfonlar, sosial şəbəkələr, onlayn təhsil, elektron xidmətlər, rəqəmsal iqtisadiyyat və süni intellekt gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Belə bir şəraitdə rəqəmsal savadlılıq gənclərin əsas bacarıqlarından birinə çevrilir. Rəqəmsal savadlılıq yalnız kompüter və internetdən istifadə etmək bacarığı deyil. Buraya informasiyanın düzgün axtarılması və qiymətləndirilməsi, saxta məlumatların müəyyənləşdirilməsi, şəxsi məlumatların qorunması, kibertəhlükəsizlik qaydalarına əməl olunması, rəqəmsal platformalardan təhsil və peşəkar inkişaf məqsədilə istifadə edilməsi də daxildir.
Müasir informasiya mühitində əsas problem informasiyanın azlığı deyil, doğru və yanlış məlumatı ayırd etmək bacarığıdır. Buna görə gənclərin media və informasiya savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır.
Süni intellektin sürətli inkişafı isə bu istiqamətə yeni məzmun gətirib. Süni intellekt təhsil, elm, iqtisadiyyat, səhiyyə, idarəetmə, media və digər sahələrdə yeni imkanlar yaradır. Gənclərin qarşısında duran əsas vəzifə texnologiyadan sadəcə istifadə etmək deyil, onun imkanlarından səmərəli və məsuliyyətli şəkildə yararlanmaqdır. Bu baxımdan gənclərin süni intellekt, rəqəmsal təhlükəsizlik və innovativ texnologiyalar barədə maarifləndirilməsi, onların yeni texnologiyalardan istifadə bacarıqlarının artırılması gələcəyin gənclər siyasətinin mühüm istiqamətlərindən biri olmalıdır.
Təşəbbüskar gənc – ideyadan real nəticəyə
Müasir gənclər siyasətində sahibkarlığın, özünüməşğulluğun və innovativ təşəbbüslərin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.
Bu gün gənc yalnız mövcud iş imkanlarından yararlanan şəxs deyil, eyni zamanda yeni iş yeri yaradan, innovativ ideya irəli sürən, startap quran, rəqəmsal məhsul hazırlayan və öz ideyasını sosial və ya iqtisadi layihəyə çevirən fəal tərəf ola bilər.
Gənclərdə təşəbbüskarlıq ruhunun formalaşdırılması onların iqtisadi müstəqilliyinin güclənməsinə, yeni ideyaların meydana çıxmasına və cəmiyyətin innovativ inkişafına xidmət edir. Bu baxımdan gənclərin layihə hazırlamaq, biznes ideyasını formalaşdırmaq, maliyyə resurslarını idarə etmək, təqdimat keçirmək və komanda qurmaq bacarıqlarının inkişaf etdirilməsi son dövrlərdə gənclər siyasətinin əsas amillərində biri hesab olunur.
Könüllülük – sosial məsuliyyət və liderlik məktəbi
Gənclərin cəmiyyət həyatında fəal iştirakının ən mühüm formalarından biri könüllülükdür. Könüllülük gənclərdə sosial məsuliyyət, komanda işi, liderlik, ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqlarının formalaşmasına mühüm təsir göstərir.
Könüllülük fəaliyyətinin əhəmiyyəti yalnız hər hansı tədbirin təşkilinə verilən dəstəklə məhdudlaşmır. Bu fəaliyyət gəncin özü üçün böyük təcrübə məktəbidir. Tədbirlərin təşkilində, sosial və ekoloji layihələrdə, ictimai təşəbbüslərdə iştirak edən gənc gələcək peşə həyatında istifadə edəcəyi bir sıra bacarıqları artıq bu mərhələdə qazanır.
Müasir dövrdə könüllülük gənclərin liderlik potensialının üzə çıxarılması üçün də mühüm platformadır. Layihə idarəçiliyi, təqdimat, vaxtın düzgün bölüşdürülməsi, komanda işi, kommunikasiya və strateji düşünmə kimi bacarıqlar könüllülük fəaliyyəti zamanı praktiki şəkildə inkişaf etdirilir.
Gənclər qərarların iştirakçısı kimi
Müasir gənclər siyasətinin əsas xüsusiyyətlərindən biri gənclərin yalnız tədbirlərin iştirakçısı deyil, həm də onların hazırlanması və qərarların formalaşdırılması prosesinin fəal tərəfi kimi qəbul edilməsidir. Gəncin fikrinin dinlənilməsi, onun təşəbbüslərinin dəstəklənməsi və təkliflərinin real layihələrə çevrilməsi dövlət-gənclər münasibətlərində qarşılıqlı etimadı daha da gücləndirir.
Gənclər forumları, debatlar, müzakirələr, ideya müsabiqələri, ictimai dinləmələr, layihə platformaları və müxtəlif sorğular gənclərin qərarvermə prosesində iştirakının mühüm vasitələridir. Bu baxımdan “gənclər üçün” yanaşmasından “gənclərlə birlikdə” yanaşmasına keçid müasir gənclər siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edilə bilər.
Gənclərin məşğulluğu və gələcəyin əmək bazarı
Əmək bazarında baş verən dəyişikliklər gənclər qarşısında yeni imkanlarla yanaşı, yeni çağırışlar da yaradır. Bəzi ənənəvi peşələr dəyişir, yeni ixtisaslar meydana çıxır və rəqəmsal bacarıqların əhəmiyyəti artır. Bu səbəbdən gənclərin əmək bazarına hazırlığı yalnız universiteti bitirdikdən sonra deyil, daha erkən mərhələdən başlamalıdır. Peşəyönümü, karyera planlaması, təcrübə proqramları, təlimlər, işəgötürənlərlə əməkdaşlıq və praktiki bacarıqların inkişaf etdirilməsi gənclərin uğurlu karyera qurmasına mühüm dəstək verir. Müasir gənclər siyasətinin məqsədi yalnız gənci işlə təmin etmək deyil, onun dəyişən əmək bazarında uzunmüddətli rəqabətqabiliyyətliliyini təmin etməkdir.
Sağlam gənclik – güclü gələcək
Gənclərin fiziki və mənəvi sağlamlığı onların hərtərəfli inkişafının mühüm şərtidir. İdman sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı, gənclərdə intizam, məqsədyönlülük, komanda ruhu və liderlik keyfiyyətlərinin inkişafına da kömək edir. Bu baxımdan gənclərin idmana cəlb edilməsi, onların asudə vaxtının səmərəli təşkili və kütləvi idmanın genişləndirilməsi gənclər siyasətinin mühüm istiqamətlərindəndir.
Müasir yanaşmada sağlam həyat tərzi yalnız fiziki aktivliklə məhdudlaşmır. Düzgün qidalanma, psixoloji rifah, zərərli vərdişlərdən uzaq olmaq, rəqəmsal mühitdən balanslı istifadə və sağlam sosial münasibətlərin qurulması da bu anlayışın tərkib hissəsidir.
İnklüziv gənclik – hər bir gənc üçün bərabər imkan
Müasir gənclər siyasətinin əsas göstəricilərindən biri onun bütün gəncləri əhatə etməsidir. Gəncin sosial vəziyyətindən, yaşayış yerindən və fiziki imkanlarından asılı olmayaraq onun inkişaf imkanlarına çıxışının təmin edilməsi inklüziv cəmiyyətin formalaşmasına xidmət edir. Xüsusilə sağlamlıq imkanları məhdud olan gənclərin intellektual oyunlara, idmana, mədəni tədbirlərə, könüllülük fəaliyyətinə və sosial layihələrə cəlb edilməsi onların cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. İnklüzivlik yalnız müəyyən qrup gənclər üçün ayrıca tədbirlərin keçirilməsi deyil bütün gənclərin ümumi ictimai həyatın fəal iştirakçısına çevrilməsi üçün əlçatan və bərabər imkanların yaradılmasıdır.
Naxçıvan gəncliyi – ənənədən gələcəyə, fəallıqdan uğura
Naxçıvanda yaşayan gənclər fəaliyyət sahələrindən asılı olmayaraq, enerjisi, fəallığı, təşəbbüskarlığı, yaradıcılığı və cəmiyyətə fayda vermək istəyi ilə seçilirlər. Muxtar respublika əhalisinin təxminən 23,1 faizini təşkil edən gənclər Naxçıvanın ictimai, sosial, mədəni və iqtisadi həyatında mühüm yer tutur. Regionun qədim tarixi, zəngin mədəni irsi, özünəməxsus coğrafi mövqeyi, rəngarəng təbiəti, milli-mənəvi dəyərləri və müasir infrastrukturu gənclərin dünyagörüşünün formalaşmasına, müxtəlif bacarıqlar qazanmasına və öz potensiallarını reallaşdırmasına geniş imkanlar yaradır.
Müasir Naxçıvan gəncliyini yalnız bir istiqamətlə xarakterizə etmək mümkün deyil. Onlar təhsil, elm, idman, mədəniyyət, incəsənət, kənd təsərrüfatı, dövlət qulluğu, sahibkarlıq, innovasiya, könüllülük və digər sahələrdə fəal iştirak edərək cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Onların hər biri fərqli sahədə fəaliyyət göstərsə də, ümumi məqsəd – özünü inkişaf etdirmək, faydalı olmaq və doğma diyarın inkişafında iştirak etmək – Naxçıvan gəncliyini birləşdirən əsas xüsusiyyətlərdəndir.
Naxçıvanın zəngin tarixi-mədəni irsi gənclərin milli kimliyinin və vətənpərvərlik duyğularının formalaşmasında mühüm rol oynayır.
Bu gün Naxçıvan gəncləri sağlam həyat tərzinin təşviqində də fəal rol oynayırlar. Müasir idman infrastrukturu, Olimpiya İdman Kompleksləri, stadionlar, idman zalları, atıcılıq və xizək mərkəzləri, digər idman obyektləri gənclərin müxtəlif idman növləri ilə məşğul olması üçün geniş imkanlar yaradır. Parklarda, idman meydançalarında və yaşayış məntəqələrinin ətrafında qaçışla məşğul olan, velosiped sürən, müxtəlif idman növləri ilə məşğul olan gənclərin sayının artması sağlam həyat tərzinə marağın göstəricisidir. Naxçıvanın dağlıq relyefi və zəngin təbiəti isə yürüş, dağçılıq və digər aktiv fəaliyyətlər üçün əlverişli şərait yaradaraq gənclərin həm fiziki, həm də psixoloji dözümlülüyünün, komanda və liderlik bacarıqlarının inkişafına imkan verir.
Gənclər müxtəlif peşə və fəaliyyət sahələrində də cəmiyyətin əsas dayaqlarından biri kimi çıxış edirlər. Əsgər kimi Vətənin müdafiəsində, polis kimi ictimai asayişin qorunmasında, həkim kimi insanların sağlamlığının keşiyində, müəllim kimi gələcək nəslin yetişdirilməsində, mühəndis, hüquqşünas, iqtisadçı, dövlət qulluqçusu və digər peşə sahibləri kimi regionun inkişafında iştirak edən gənclər həyatın bütün istiqamətlərində öz fəaliyyətləri ilə seçilirlər. Kənd təsərrüfatı, heyvandarlıq və digər sahələrdə çalışan gənclər isə iqtisadi fəallığın və istehsal potensialının artırılmasına töhfə verirlər.
Naxçıvan gəncliyinin rəngarəngliyini tamamlayan əsas istiqamətlərdən biri də yaradıcılıqdır. Regionda formalaşmış zəngin mədəni və yaradıcılıq ənənələri fonunda musiqi, təsviri sənət, ədəbiyyat, teatr, kino, fotoqrafiya, videoqrafiya, dizayn və digər sahələrdə fəaliyyət göstərən istedadlı gənclər yetişir. Milli və xarici musiqi alətlərində ifa edən, mahnı və rəqs sənətini yaşadan gənclərlə yanaşı, rəssamlar, şair və yazıçılar, aktyorlar, rejissorlar, fotoqraflar, videoqraflar, dizaynerlər və müasir yaradıcılıq sahələrinin nümayəndələri öz istedadları ilə Naxçıvanın mədəni həyatına rəng qatırlar. Rəqəmsal texnologiyaların və süni intellektin həyatın müxtəlif sahələrinə sürətlə daxil olduğu müasir dövrdə gənclər yeni texnologiyalara yiyələnərək ocialive ideyalarını həyata keçirmək üçün də geniş imkanlar qazanırlar.
Naxçıvan gənclərinin ictimai fəallığının mühüm istiqamətlərindən biri könüllülük fəaliyyətidir. Könüllülük gənclərin cəmiyyətə faydalı olmaqla yanaşı, onların təşkilatçılıq, ünsiyyət, komanda işi, liderlik və məsuliyyət kimi bacarıqlarının inkişafına da şərait yaradır. Müxtəlif ocial, mədəni, ekoloji, idman və maarifləndirici layihələrdə iştirak edən könüllü gənclər ictimai həyatın fəal iştirakçılarına çevrilir, yeni təcrübə qazanır və gələcək karyeraları üçün mühüm bacarıqlar əldə edirlər.
Gənclərin kollektiv və ictimai fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Onlar ekoloji aksiyalara, ocialivel oyunlara, diskussiyalara, düşərgələrə, maarifləndirici və tanışlıq turlarına, idman yarışlarına, ocial layihələrə və müxtəlif yaradıcı təşəbbüslərə qoşularaq həm öz asudə vaxtlarını səmərəli təşkil edir, həm də cəmiyyətə fayda verirlər. Səyahət, təbiət gəzintiləri, idman, kitab mütaliəsi, ocialivel oyunlar və yaradıcı fəaliyyətlər gənclərin dünyagörüşünü genişləndirir, yeni bilik və təcrübə qazanmalarına imkan yaradır.
Muxtar respublikada gənclərin sağlam, savadlı, vətənpərvər, yaradıcı, təşəbbüskar və fəal vətəndaş kimi formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində gənclərin şəxsi və peşəkar inkişafına, sağlam həyat tərzinin təşviqinə, asudə vaxtlarının səmərəli təşkilinə, intellektual və yaradıcı potensiallarının üzə çıxarılmasına, könüllülük fəaliyyətinin genişləndirilməsinə və vətənpərvərlik tərbiyəsinə xidmət edən müxtəlif layihə və tədbirlər həyata keçirir. Beynəlxalq əməkdaşlıq və gənclərin mübadilə proqramlarında iştirakı da xüsusi diqqət mərkəzində saxlanılır. Təkcə cari il ərzində 26 gəncin ölkə əhəmiyyətli tədbirlərdə və müxtəlif mübadilə proqramlarında iştirakı təmin edilmişdir. Bu cür proqramlar gənclərin beynəlxalq təcrübə qazanmasına, yeni bilik və bacarıqlara yiyələnməsinə, müxtəlif ölkələrin gəncləri ilə əməkdaşlıq əlaqələri qurmasına və müasir dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.
Bütün bunlar göstərir ki, Naxçıvan gəncliyi tarixindən və milli-mənəvi dəyərlərindən güc alan, müasir dünyanın çağırışlarını qəbul edən, yeni bilik və bacarıqlara açıq, sağlam həyat tərzinə üstünlük verən, yaradıcı və təşəbbüskar bir nəsildir. Onlar həm ənənələri qoruyur, həm yeniliklərə açıq olur, həm də cəmiyyətin müxtəlif sahələrində fəal iştirak etməklə gələcəyin Naxçıvanının formalaşmasına öz töhfələrini verirlər. Gənclərin enerjisi, ideyaları, bacarıqları və ictimai fəallığı Naxçıvanın gələcək inkişafının mühüm potensiallarından biri olmaqla yanaşı, onların qarşısında yaradılan imkanlar regionun daha sağlam, savadlı, ocialive, ocial məsuliyyətli və güclü gələcəyinin formalaşmasına xidmət edir.
Gənclik – Azərbaycanın gələcəyinə aparan yol
Gənclər bu günün enerjisi, sabahın qurucuları və ölkənin gələcək inkişafının əsas insan kapitalıdır. Müasir dünyanın sürətli dəyişiklikləri göstərir ki, gələcəyin uğurlu cəmiyyətlərini bilik, innovasiya, texnologiya və yaradıcı düşüncə formalaşdıracaq. Bu baxımdan hər bir gəncin qarşısında böyük imkanlar dayanır. Yeni biliklər əldə etmək, rəqəmsal bacarıqları inkişaf etdirmək, xarici dillər öyrənmək, idmanla məşğul olmaq, könüllü fəaliyyətə qoşulmaq, ocial və ocialive layihələrdə iştirak etmək, təşəbbüslər irəli sürmək və öz üzərində daim çalışmaq gəncin gələcəyini formalaşdıran mühüm addımlardır.
Azərbaycanın güclü gələcəyi savadlı, vətənpərvər, sağlam, təşəbbüskar, ocialive düşüncəli və ocial məsuliyyətli gənclərin yetişməsindən keçir.
12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edir, onları bilik və bacarıqlarını daim inkişaf etdirməyə, böyük ideyalar irəli sürməyə, yaradıcı və təşəbbüskar olmağa, milli-mənəvi dəyərlərimizi qorumağa və ölkəmizin inkişafında fəal iştirak etməyə çağırırıq.
Gənclik – dəyişən dünyanın enerjisi, cəmiyyətin yenilikçi düşüncəsi və Azərbaycanın gələcəyə gedən yoludur.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti